Diqqətli olun! Yeni növ dələduzluqla məşğul olanlar peyda olub - VİDEO

12
iyl
2019
22:49
Azərbaycanda yeni növ dələduzluqla məşğul olanlar peyda olub.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, onlar elan saytlarında avtomobilləri dəyərindən ucuz qiymətə satdıqlarını elan edirlər. Zəng edən müştərilərə isə maşını istəyənin çox olduğunu, tez almaq üçün isə behə ehtiyac duyulduğunu bildirirlər. Beləliklə, bu üsulla dələduzluq edirlər.Vəkil Anar Ramazanov bu kimi hallara qarşı vətəndaşları diqqətli olmağa çağırıb. Bu hal dəlduzluq sayılsa da, məbləğ az olduğundan bunu edən şəxslərə qarşı cinayət işi açıla bilmir.Bu halda aldadılan vətəndaş polisə məlumat verə bilər və bu zaman hər iki tərəfdən izahat alınacaq. Amma məsələnin həlli yolu yenə məhkəmədə olmalıdır.Təcrübə isə göstərir ki, adətən tərəflər kiçik məbləğlərə görə heç məhəkəmələrə də müraciət etmirlər.
Oxşar xəbərlər
Azərbaycanda manyak peyda olub – FOTO
Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir....
