XƏZƏR TV-nin adından ŞOK fırıldaq: "50 manatlıq tozsoran 600 manata" (VİDEO)
Xəzər TV-nin adından istifadə edən fırıldaqçılar peyda olub.
BAKU.WS xəbər verir ki, evlərə Xəzər TV-nin adından zəng vuraraq məişət əşyaları satan fırıldaqçılar bir çox ailəni bu yolla aldada bilib. Belə ki, televiziyanın adından istifadə edən fırıldaqçılar müştərilərə baha qiymətə olan əşyaları ucuz qiymətə təklif edirlər. Əvvəlcə onlara zəng vuraraq Xəzər televizyasının kampaniya keçirdiyini və nömrənin aksiyaya düşdüyünü söyləyirlər. Fırldaqçılar torlarına saldıqları şəxslərə 3 asan suala verdikləri doğru cavab müqabilində bahalı əşyaları endirimlə təklif ediblər. Kifayət qədər şəxs isə onların qurbanı olub.
Məsələni araşdıran Xəzər televiziyasından kanalın heç vaxt belə bir aksiya keçirmədiyi bildirilib.
Faktla bağlı polisə müraciət edilib.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı milyarder Rəşad Sadıqova 1 MİLYON TƏKLİF EDİB
Milli komandanın və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov ötən gün "CBC Sport"un "İmza" verilişinin qonağı olub. BAKU.WS-in Milli.Az-a istinadən mverdiyi məlumata...