“Sovetski” sakinlərini aldadan qadınlarla bağlı YENİ XƏBƏR
14
avq
2018
12:41
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Cəfərlinin və Yeganə Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Məhkəmədə elan olunub ki, Y.Məmmədova həbsdə, İ.Cəfərli isə ev dustaqlığındadır.Məhkəmədə 6 nəfər zərərçəkmiş İ.Cəfərliyə qarşı mülki iddia qaldırıblar. Həmin şəxslər onlara dəymiş 515 min manat zərərin ödənilməsini istəyiblər.Məhkəmənin növbəti iclası avqustun 20-nə təyin edilib.İttiham aktına əsasən, İ.Cəfərli evləri plana düşən “Sovetski” sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq.Cinayət işi üzrə 12 nəfər zərərçəkmiş var. Amma onların hamısı ev almaq istəyənlər deyil.Belə ki, İ.Cəfərli şəhid olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq istəyən valideyinlərə qarşı da dələduzluq edib. Həmçinin o, bacısını həbsxanadan çıxarmağa çalışan, mərhum həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq istəyən şəxsləri aldadaraq dələduzluq yolu ilə onların pullarını ələ keçirib.Belə ki, Bakı sakini Samirə Həsənova banklarda girov olan evlərdən birini ucuz qiymətə almaq üçün 120 min manat, anası Çimnaz Həsənova isə 100 min manat pul verib.Başqa bir zərərçəkmiş isə Rüfət Tağıyevdir. O, metronun “Qara Qarayev” stansiyası yaxınlığında yerləşən və bankda girov olan binadan ev almaq üçün bir neçə dəfəyə 80 min manatını İ.Cəfərliyə verib.Fəxriyyə Məmmədova adlı zərərçəkmiş də “Qara Qarayev”dəki binadan 2 otaqlı evi 14 minə, Yasamalda isə 3 otaqlı evi 38 minə almaq üçün ona, ümumilikdə, 53 min manat pul verib.F.Məmmədovanın bacısı Mehriban Məmmədova isə Mərdəkanda iki bağ evini ucuz qiymətə almaq üçün İ.Cəfərliyə 80 min manat, onların bacısı qızı Gülnar Əliyeva isə Nəsimi bazarı yaxınlığında ev almaq üçün 68 min 500 manat pul verib.Cinayət materiallarına görə, İ.Cəfərli bu cinayətləri Y.Məmmədova ilə birgə törədib.Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda olduqda) maddəsi ilə ittiham edilirlər.İ.Cəfərli Bakı Ağır Cinayətlər Məhkəməməsinin 2016-cı ildəki hökmü ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra ona şərti cəza verilib və azadlığa buraxılıb.İ.Cəfərli vətəndaşlara özünü hüquqşünas kimi təqdim edib.BAKU.WS
Oxşar xəbərlər
1 milyon manatlıq cinayət - Polkovnikə hökm oxundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.BAKU.WS Trend-ə istinadən xəbə...