Rövşən Lənkəranski və Lotu Qulinin adamları arasında ölümcül dava (YENİLƏNİB)

04
iyn
2019
14:37
Gəncə Ağır Cinayətlər Məhkəməsinnin inzaibati binasında dustaqlar arasında baş tutan davanın bəzi təfərrüatları məlum olub. BAKU.WS-in bölgə müxbiri xəbər verir ki, davada iştirak edən şəxslər mərhum "qanuni oğru" Rövşən Lənkəranski və Lotu Qulinin adamları olub. Davanın 8 nəfərin iştirakı ilə baş verdiyi məlum olub.Tərəflər arasında mübahisəyə səbəb Göygöl rayonu, Yeni Qızılca qəsəbəsində baş vermiş qətl hadisəsi olub. Həmin cinayət hadisəsinin məhkəmə prosesi zamanı tərəflər münasibətləri aydınlaşdırmağa çalışıb.***11:15*** Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında təqsirləndirilən şəxslərin saxlanıldığı otaqda dustaqlar arasında dava baş verib.BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə zamanı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkəməsi olan Həbib Əliyev həmyerlisi, Cinayət Məcəlləsinin 29.120-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkəməsi olan Fazil Mustafayevi döyərək ona xəsarət yetirib.Hadisə zamanı otaqda olan narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə məhkəməsi olan Ağstafa rayon sakini 1989-cu il təvəllüdlü Tural Fərəcov da xəsarət alıb.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Abşeronda qız üstündə kütləvi dava ölümlə nəticələndi — MƏHKƏMƏ
Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə tə...
