Rəqsanə İsmayılova: “Deyirlər, Fazil səni o evə qulluqçu alıb?” - VİDEO

Rəqsanə İsmayılova: “Deyirlər, Fazil səni o evə qulluqçu alıb?” - VİDEO
Video
Şou-biznes 2820

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, uzun müddətdir Moskvada yaşayan sənətçinin son zamanlar evində xadimə çalışmır.

Bu səbəbdən Rəqsanə ev işlərini özü görür. İnstaqramdan aktiv istifadə edən müğənni tez-tez görüntülərini də sosial şəbəkə izləyiciləri ilə bölüşür.

Bu dəfə Rəqsanə sosial şəbəkədə paylaşdığı videosunda ev işləri görməkdən əllərinin pis günə düşdüyünü deyib:

“Hazırda mənə işini yaxşı bilən dırnaq ustası lazımdır. Sabah klip çəkilişlərimiz var. Dırnaqlarım isə bərbad gündədir. Qazanları yumaqdan dırnaqlarım pis günə qalıb.

Böyük qazanlar yumuşam deyə dırnaqlarım bu günə düşüb. Mənə deyirlər, "Fazil səni o evə qulluqçu alıb, yoxsa həyat yoldaşı?"

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər