Rauf bu dəfə onun sözlərinə mahnı bəstələdi (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Şou biznesdə öz imici və tərzi ilə həmkarlarından seçilən Rauf yeni hitə imza atıb.
“Maşın” realiti şouda iştirakı zamanı şair Ramiz Rövşənin şeirlərinə müraciyyət edən sənətçi, bu dəfə onun sözlərinə mahnı bəstəliyib. Mərkəz prodakşınla birgə keyfiyyətli iş ortaya çıxardan Raufun bu layihəsi onun yaradıcılığında dönüş nöqtəsi kimi dəyərləndirilir.
Bəstənin aranjemanı Xalis Xana məxsusdur. Raufa bütün işlərində yardımçı olan produsserlər Nicat Məlikov və Fərid İsmayılov əmindirlər ki, Raufun ərsəyə gətirdiyi yeni bəstə onun istedadını və yaradıcılığını başqa baxış bucağından izləmək imkanı verəcək.
BAKU.WS
Oxşar xəbərlər
Rauf Əhmədov və Ceyhun Zeynalovdan "Birinci ol" (VİDEO)
Fərqli mahnı tərzləri ilə seçilən Rauf Əhmədov və Ceyhun Zeynalov sevgiyə həsr olunmuş motivasiya yaradan "Birinci ol" layihəsində bir araya gəldilər.BAKU.WS-in...