Rafael İsgəndərovun bu paylaşımı hər kəsi kövrəltdi - VİDEO

Rafael İsgəndərovun bu paylaşımı hər kəsi kövrəltdi - VİDEO
Video
Şou-biznes 935

Əməkdar artist Rafael İsgəndərov "Bizim Cəbiş müəllim" və "Məhəllə" filmlərinin çəkildiyi ərazidə olub.

BAKU.WS xəbər verir ki, aktyor bu haqda instaqram hesabında bildirib. O hər iki filmin lentə alındığı yerdən görüntüləri izləyiciləri ilə bölüşüb. İsgəndərov bu barədə danışarkən kövrək anlar yaşayıb:

"Heç vaxt ağlıma gəlməzdi ki, uşaq vaxtı sevə-sevə baxdığım "Bizim Cəbiş müəllim" filmi çəkilən həyətlə bağlı mənim özümün də xatirələrim olar. Çünki "Məhəllə" filmi də bu həyətdə çəkilib. Bu, Qüdrətin çıxıb-düşdüyü pilləkəndir, ora Dilarənin çağırdığı eyvandır, burada Tofiqin evi idi. Zarafat-zarafat, gələn il bu filmin 20 yaşı tamam olur".

Əməkdar artistin bu görüntüləri sosial şəbəkə izləyicilərini xeyli təsirləndirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər