İradə İbrahimovanın Türkiyədəki dəbdəbəli evi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkədən aktiv istifadə edən müğənni İradə İbrahimova bu dəfə də ənənəsinə sadiq qalıb.
BAKU.WS xəbər verir ki, sonuncu dəfə evliliyinin 13 illiyi münasibətilə paylaşım edən sənətçi instaqram hesabında Türkiyədəki malikanəsinin görüntülərini paylaşıb.
İbrahimovanın iki mərtəbəli, hündür evi genişliyi və dəbdəbəsi ilə diqqət çəkib. İradə villasının həyətində öz zövqünə uyğun bahalı dekorativ bitkilər və güllər əkdirib.
İfaçının evinin görüntülərini yayımladığı videoda oğlu Ali də yer alıb. Geniş həyəti olan malikanənin videosu sənətçinin izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, İradə İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə ailəlidir. İfaçının İpek adlı qızı, Ali adlı bir oğlu var.
Oxşar xəbərlər
Əri ilə toy fotosunu paylaşan İradə: "Bu iş olmaz" deyənlər oldu amma..." - FOTO
Müğənni İradə İbrahimova sosial şəbəkədə yeni paylaşım edib. BAKU.WS xəbər verir ki, bu gün sənətçinin evliliyinin 13 ili tamam olub. İradə bununla bağlı instaq...