İradə İbrahimova: "Eşq olmadığını 30 yaşından sonra başa düşürsən" - FOTO

“İnsan əsas məsələnin eşq olmadığını 30 yaşından sonra başa düşür. Əsl məsələ dostluq, inam, etibar, yanınızda olan insanın sizinlə bərabər addımlamaq istəməsədir. Yəni, siz çarə axtardığınızda o, bəhanə gətirməyəcək”.
BAKU.WS xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova sosial şəbəkə hesabında yazıb. İnstaqramdan aktiv istifadə edən sənətçi əri Ceyhunla yeni şəklini paylaşaraq bunları da əlavə edib:
“Mənim eşq anlayışım sadəcə Tanrıdır. Yerdə qalan hər şeyə sevgi, məhəbbət hissim varsa, bu, ona görədir”.
Xatırladaq ki, İ.İbrahimova türkiyəli iş adamı Ceyhun İzerlə ailəlidir. Sənətçinin İpek adlı bir qızı, Ali adlı bir oğlu var.

Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...