Qız Qalasında gizli masson işarələri (FOTO)

Qız Qalasında gizli masson işarələri (FOTO)
Şou-biznes 8789

Qız qalasının tanıdılması məqsədi ilə may ayında ölkəmizdə "Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirilmişdi. Festivalda dünyanın müxtəlif ölkələrindən gəlmiş rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəmişdilər. Onlardan bir neçəsi xüsusi ilə diqqət çəkir.

BAKU.WS-in məlumatına görə, həmin maketlərin üzərinə göz, saat, müxtəlif fiqurlar çəkilib. Bu işarələrin hər birinin öz mənası var. Məsələn, göz işarəsi - hər şeyi görən göz, Tanrının hər kəsə baxmasının və qorumasının bir simvoludur. Bəzən "Tanrının Gözü" kimi də bəhs edilən bu simvol ABŞ dollarları ilə (1778-ci ildən bəri) yanaşı, piramidanın zirvəsinə oturdulmuş olaraq ABŞ Rəsmi Möhüründə də görülür.

Massonlara görə, bu simvol "Kainatın Böyük Memarını" təmsil edir. Massonlar bu gözün ibadət etdikləri sözdə böyük gücü simvol etdiyinə inanırlar. Massonların özünə tapındıqları və böyük güc olaraq təsvir etdikləri "Hər şeyi görən göz" dünyanın hər yerində var və onun burda olması çox qəribədir.

Qız qalasının maketləri üzərində rast gəlinən digər fiqur olan üçbucaq isə masson lojalarının dəyişməz simvoludur və adətən, masonluğun bir nömrəli işarəsi sayılır.

Massonlarda saat fiquru isə zaman anlamını verir. Zaman da öz növbəsində Dəccalın doğuluşunu göstərir. 

Ayşən Ayxan

BAKU.WS

Oxşar xəbərlər

Alim camış hucumundan yazdı: "Qiyamətin əlamətlərindəndir"

Alim camış hucumundan yazdı: "Qiyamətin əlamətlərindəndir"

Qiyamətin əlamətlərindəndir ki, camış da sahiblərinə hücum edir. Bilirsizmi, insan nəyisə öyrənib biləndə yaxşı olur. Əvvəllər, qədim zamanlarda hələ informasiy...

1339 Hadisə 15:53 12 avqust 2015

Son xəbərlər