Pərvin Abıyevadan “Mannequin Challenge” (VİDEO)

Pərvin Abıyevadan “Mannequin Challenge” (VİDEO)
Video
Şou-biznes 3779

Son günlər dünyada populyarlaşan virus trend-video "Mannequin Challenge” fləşmobu Azərbaycanda da sürətlə yayılmağa başlayıb.

BAKU.WS xəbər verir ki, dilimizə tərcümədə "Manikenə meydan oxuyan yamsılama” mənasını verən trend-videonu aktrisa Pərvin Abıyeva da edib.

Daha dəqiq söyləsək, rejissor Kənan M.M "İnstagram” bloqunda həmin videonu paylaşıb. Video "Gecə qonağı” filminin çəkilişləri zamanı lentə alınıb. Kənan videoya "Yox e, bu bizlik deyil” – qeydini yazıb.

Videonu oxuculara təqdim etməzdən öncə məlumat üçün bildirək ki, "Mannequin Challenge” flaşmobuna ilk dəfə bu il oktyabrın 27-də "Twitter” mikro-bloqunda rast gəlinib.

Videoda bir qrup insan hərəkətsiz vəziyyətdə dayanır. Operator isə onların arasında gəzərək, iştirakçıları video-kameraya çəkir.

Qeyd edək ki, bu fləşmob "Harlem Shake”və "Ice Bucket Challenge”i xatırladır.

Aysel.Ş

BAKU .WS

Oxşar xəbərlər

Pərvin Abıyeva hovuzda (FOTO)

Pərvin Abıyeva hovuzda (FOTO)

Aktrisa Pərvin Abıyeva "İnstagram” bloqunda paylaşdığı fotosu ilə yenə diqqətləti öz üzərinə çəkə bilib. BAKU.WS xəbər verir ki o, hovuzda çimərkən çəkilən fot...

8898 Şou-biznes 16:49 11 noyabr 2016

Son xəbərlər