Prezidentin aparıcılığa başlayan nəvəsi özünə təxəllüs götürdü - VİDEO
30
iyl
2019
17:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan prezidenti İlham Əliyevin nəvəsi Əli Ağalarov atası Emin Ağalarovun Bakıda təşkil etdiyi "Jara" musiqi festivalında "Festivalın gündəliyi"ni çəkib.BAKU.WS xəbər verir ki, 12 yaşlı aparıcı festivalın gündəliyini Ali Vlog təxəllüsü ilə təqdim edib.Əli ulduzlardan müsahibəni Elbəy adlı həmyaşı ilə birlikdə götürüb. Yeniyetmə aparıcılar festivalın 4-cü günü ulduzlara belə bir sual ünvanlayıblar: "Bizim yaşımızda olanda hansı hitləri dinləyirdiniz?"Əli 25,26,27,28 iyul tarixlərində baş tutan festival ərəfəsində qırmızı xalıdan, kulis arxasından maraqlı videoreportajlar, eləcə də ulduzlarla müsahibələr hazırlayıb.Xatırladaq ki, Əli Ağalarov Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva və xalq artisti Emin Ağalarovun oğludur.Zülfiyyə Qurbanova
Oxşar xəbərlər
"İstərdim ki, hamı rəqs etsin, şənlənsin" - Leyla Əliyeva - FOTO
"İstərdim ki, hamı rəqs etsin, şənlənsin, heç kim darıxmasın". Bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva səsləndirib.BAKU.WS xəbər verir...