Prezident nəvəsi Əlinin ilk müsahibəsi - VİDEO
28
iyl
2018
12:50
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Emin Ağalarovun oğlu Əli "Jara 2018" Beynəlxalq Musiqi Festivalında iştirakı ilə diqqət mərkəzindədir.BAKU.WS xəbər verir ki, festivalın ilk günündə qırmızı xalı üzərindən anası Leyla Əliyeva ilə birlikdə keçən Əli, dünən atası ilə yanaşı addımlayıb.O, jurnalistlərin marağını görüb, onlara yaxınlaşıb və sualları cavablandırıb.Prezidentin nəvəsi əkiz tayı Mikayılın festivala qatılmamasını belə izah edib: O, belə səs-küylü tədbirləri sevmir. "Jara" festivalını çox bəyəndiyini deyən Əli, festivalın səhnəsində ən çox sevdiyi müğənnilərlə bağlı sualı cavablandırarkən üç ifaçının - Lazarev, Yeqor Krit və atası Emin Ağalarovun adını çəkib. Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il aprelin 30-da ailə qurublar, 2015-ci ildə boşanıblar. Bu nikahdan onların 2008-ci il dekabrın 1-də Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Zülfiyyə Qurbanova BAKU.WS
Oxşar xəbərlər
Leyla Əliyeva "Jara"da rəqs etdi - VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva "Jara - 2018" Beynəlxalq Musiqi Festivalının ikinci günündə də ulduzlarla birlikdə qırmızı xalı üzərindən...