Prezident səhv proqnoza görə baş sinoptiki işdən azad etdi

Prezident səhv proqnoza görə baş sinoptiki işdən azad etdi
Şou-biznes 1223

 

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov səhv hava proqnozu verən sinoptiki işdən qovub.

BAKU.WS məlumat verir ki, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Milli Hidrometeorologiya komitəsinin sədri Batır Xallıyevi düzgün olmayan proqnoz verdiyi üçün işdən azad edib.

Hökumətin iclasında çıxış edən dövlət başçısı bildirib ki, türkmən proqnozların əsas çatışmazlığı verdikləri hava haqqında proqnozun düzgün olmamasıdır.

"Biz onların işinin mükəmməlləşdirilməsi məqsədilə qurum üçün yeni müasir administrativ bina tikdik, maliyyə yardımı göstərdik, çox sayda lazımi avadanlıq aldıq. Xallıyev söz verdi ki, bundan sonra dəqiq proqnozlar verəcəklər. Lakin buna baxmayaraq son zamanlar düzgün olmayan proqnozların sayı əksinə artıb".

Berdiməhəmmədov deyib ki, bu səhv proqnozlar kənd təsərrüfatı ilə məşğul olanların işinə təsir edir, nəqliyyat sisteminin işində, kütləvi tədbirlərin təşkilində çətinlik yaradır. Bu səbəbdən prezident baş sinoptiki işindən azad edib.

Qeyd edək ki, Xallıyev 2010-cu ilin yanvar ayından komitə sədri postunu tuturdu. Quruma yeni rəhbər kimi Beqenç Miminov təyin edilib. İclasda işini itirənlər arasında başqaları da olub. Türkmənistanın Statistika İdarəsinin rəhbəri də statistik məlumatları şişirtdiyi üçün tutduğu vəzifədən azad edilib. 

BAKU.WS

Son xəbərlər