Manat və dollar əmanətləri ilə bağlı təklif

Manat və dollar əmanətləri ilə bağlı təklif
İqtisadiyyat 1219

 

"Əmanətlərin tam sığortalanması və onların vergidən azad edilməsi düzgün addımdır. Son aylar əhalinin banklara və milli valyutaya etibarının azalması ona gətirib çıxartdı ki, kütləvi şəkildə əmanətlər ya dollarlaşdı, ya da banklardan çıxarıldı. Vəziyyətin belə davam etməsi, üstəgəl Maliyyə Nazirliyinin dövlətin adından çıxış edərək yüksək, azqala bank faizləri ilə rəqabət aparacaq faizlə istiqraz buraxması əmanət bazarının cəlbediciliyini azaltmaqla yanaşı bank sektorunu çətin vəziyyətə salırdı. Ona görə də indiki məqamda əmanətlərin 3 illik olsa da tam sığortalanması düzgün addımdır".

BAKU.WS-in məlumatına görə, bunu iqtisadçı Samir Əliyev söyləyib. Mütəxəssis hesab edir ki, əmanət faizlərinin də vergidən müvəqqəti azad edilməsi müsbət addımdır və 2015-ci ildə atılmış səhv addımın düzəldilməsi kimi qiymətləndirilməlidir.

"Əlbəttə bu addımlar indiki problemi həll etməyə yönəlib, amma gələcəkdə əmanət bazarının inkişafı və bankların dayanıqlığına dəstək məqsədilə paralel bir sıra addımların atılması vacibdir:

1. Manat və dollar əmanətlərinin (yeni yerləşdiriləcək) sığortalanma faizi fərqlənməlidir. Manat əmanətlərinin sığortalanma faizi 15%-ə qaldırılmalı, dollar (avro) əmanətlərinin sığortalanma faizi isə 8%-ə endirilməlidir.

2. Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının illik faiz dərəcələri əmanətlərin faiz dərəcələrindən aşağı endirilməlidir.

3. Əmanət bazarında faiz artımının qarşısını almaq üçün sığorta haqlarının məbləği əmanətlərin illik faiz dərəcələrindən asılı edilməlidir. Yəni, cəlb edilmiş əmanətlərin illik faiz dərəcələri artdıqca sığorta haqlarının məbləği də artırılmalıdır".

Şahin Həbibov

BAKU.WS

Son xəbərlər