Pianinoda ifası ilə məşhurlaşan mühafizəçi danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ticarət mərkəzlərindən birində mühafizəçi işləyən Amin Bağırovun pianinodakı mahir ifası hər kəsi heyrətləndirib. Onun Yevgeni Qrinkonun “Valse” bəstəsini ifa etdiyi görüntüləri sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, 20 yaşlı istedadlı gənc "Həmin Zaur" proqramına qonaq olub. Şəxsi həyatından danışan Amin qısa müddət əvvəl atasını xərçəng xəstəliyindən itirdiyini və ailənin gəlirini sadəcə özü təmin etdiyini bildirib:
"Evdə iki uşağıq. Bir bacım var. Hərbi xidmətdən qayıtdıqdan 11 gün sonra atam xərçəng xəstəliyindən vəfat etdi. 1 ay olar ticarət mərkəzində mühafizəçi çalışıram".
Oxşar xəbərlər
Cavan Zeynallı: “O dueti Flora xanım başqa adamla oxumalı idi” - FOTO
Xalq artisti Cavan Zeynallı "APA"ya müsahibə verib. Karyerasından və şəxsi həyatından danışan sənətçi maraqlı açıqlamaları ilə diqqət çəkib. BAKU.WS həmin müsah...