Pərvin Abıyeva mərhum rejissorun ona olan sevgisindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Pərvin Abıyeva maraqlı açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, “Onun sirri” verilişinin qonağı olan Pərvin, mərhum rejissor Şahin Zəkizadənin ona olan dərin məhəbbətindən danışıb.
O, rejissorun “Ölsəm bağışla” şeirini məhs onun üçün yazdığını bildirib:
“Son nəfəsinə qədər ona baş çəkirdim. Evləndiyi günə qədər məni sevirdi. Mən gənc idim, karyera hədəfim vardı. Bizim evliliyimiz alınmadı. Birgə layihəmiz də vardı. Mənə qarşı hisslərini biləndə, uzaqlaşdım. İnanclı, imanlı insan idi. Xasiyyətimiz uyğun gəlmirdi. Məni hər cür qəbul edirdi. Həyat yoldaşı ilə onları mən tanış etmişdim”. Evliliklərinə mən vəsilə oldum. Mənə çox böyük sevgisi vardı. “Ölsəm bağışla” şeirini mənə həsr etmişdi”.
Qeyd edək ki, məşhur rejissor Şahin Zəkizadə 2017-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişib.
Oxşar xəbərlər
Ranar Musayev: "O aparıcılar söyülməkdən ləzzət alırlar" (VİDEO)
BAKU.WS-in budəfəki müsahibi aparıcı, rejissor Ranar Musayevdir. - Ranar Musayev özünü necə təqdim edərdi? - Mən özümü necə təqdim edə bilərəm ki... Rejissor Ra...