Özgün Namal ömrünün 7 ilini buna sərf edib
"Həyatımın 7-8 ilinin sadəcə övladlarıma analıq etmək üçün sərf etmişəm. Bu müddətdə heç vaxt işləmədim. Heç bir serialda çəkilmədim. Övladlarımın inkişafını öz gözlərimlə görmək istədim. Bu mənim üçün ən gözəl təcrübə idi".
BAKU.WS xəbər verir ki, bu sözləri qatıldığı tədbirlərdən birində məşhur aktrisa Özgü Namal deyib.
O bildirib ki, bu qədər ilini övladlarına həsr etməyinə səbəb onların böyüməyini və inkişafını yaxından izləmək istəməsi olub:
"Necə bir övlad olurlar, onu yaxından izləmək istədim. Necə dəyişirik böyüyürük onu görmək istədim. Bir valideyn olaraq bu barədə çox araşdırmalar apardım. Anladım ki, sevginin olmadığı bir yerdə heçnə ola bilməz".
Xatırladaq ki, aktrisanın Su və Nefes adlı iki övladı var. Özgü Namal Ahmet Serdar Oralla evli olub. Lakin Ahmet 2020-ci ildə ürəktutmasından vəfat edib.
Oxşar xəbərlər
Vasif Məhərrəmli: "Həddi-buluğ yaşına çatan qızı toya aparanda elə başa düşürlər ki..."
Əməkdar artist Vasif Məhərrəmli açıqlaması ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, "Qonaqcanlı" verilişinə qonaq olan ifaçı həddi-buluğ yaşına çatan qızların...