Ötən gün insultdan dünyasını dəyişən mama-ginekoloq kimin qızıdır ?
04
apr
2018
11:05
Ötən gün gənc yaşda dünyasını dəyişən tanınmış cərrah, mama-ginekoloq Səbinə Mirzəyevanın tanınmış ailənin qızı olduğu məlum olub.BAKU.WS xəbər verir ki, Səbinə, "Azərsutikinti" xəstəxanasının baş həkimi Elman Səməd oğlu Mirzəyevin qızıdır. Ötən gün evində insult keçirərək, işlədiyi xəstəxanaya çatdırılana qədər dünyasını dəyişən cərrah mama-ginekoloq Səbinə Mirzəyeva 40 yaşının içində idi.1978-ci il doğumlu S.Mirzəyeva 2001-ci ildə ATU-nu bitirib, 2001-2003-cü illərdə Milli Onkologiya Mərkəzində cərrah onkoginekoloq kimi fəaliyyət göstərib.2003-2012-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında cərrah mama-ginekoloq çalışıb.2012-ci ildə Almaniyanın Hamburq şəhərində təcrübə keçib.Dünyanın müxtəlif ölkələrində işlədiyi sahəyə aid diplom və sertifikatlar alıb.Rəşad ƏliyevBAKU.WS
Oxşar xəbərlər
Qəfil vəfat edən həkim bir gün əvvəl - FOTO
Xəbər verdiyimiz kimi, "Baku Medical Plaza"nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Dr. Səbinə Mirzəyeva bu gün vəfat edib.BAKU.WS axşam...