Millət vəkili Qənirə Paşayevanın təşəkkür etdiyi həkim (FOTO)
08
dek
2017
10:22
Hazırda Baku Medical Plazada cərrah mama-ginekoloq vəzifəsində çalışan və daha çox riskli hamiləliklərin təqibi üzrə mütəxəssis kimi tanınan Dr. Səbinə Mirzəyevanın adı bu yaxınlarda daha bir riskli hamiləliklə xeyriyyə aksiyasında hallanıb. Hətta məlumatı ötən gün millət vəkili Qənirə Paşayeva öz facebook səhifəsində paylaşaraq Dr. Səbinə Mirzəyevaya təşəkkürünü bildirib.Belə ki, millət vəkili Qənirə Paşayevanın müraciəti ilə Tovuz sakini 34 yaşlı müəllimə Anarə Vəliyevanın müayinə, müalicə və süni mayalanma kimi bütün tibbi əməliyyatlarını öz boynuna götürən Dr. Səbinə Mirzəyeva 11 il sonra Anarə Vəliyevanın ana namizədi olmasına nail ola bilib. Hazırda hamiləliyin ilkin mərhələsində olan Anarə Vəliyeva həm öz, həm də bətnindəki körpənin səhhətinin normada olduğunu bildirir. Millət vəkili Qənirə Paşayeva isə Anarə Vəliyeva ilə bağlı məhz Dr. Səbinə Mirzəyevaya müraciət etməsini, onun belə xeyirxah işlərə meyilli olması ilə əsaslandırır.Ana olmaq kimi dünyanın ən gözəl duyğusunu yaşamaq istəyən hər bir xanımın nəzərinə! Müxtəlif qadın xəstəlikləri, riskli hamiləliklər və ağrısız doğuş məsələləriylə bağlı Dr. Səbinə Mirzəyeva 2018-ci il üçün xüsusi tədbirlər planı və müxtəlif maarifləndirici layihələr hazırlayıb. Dr. Səbinə Mirzəyeva 24/7 öz xidmətini təklif etməklə yanaşı, rəsmi sosial hesablarında da aktivliyini qoruyur və ana olmaq istəyən xanımların ən yaxın rəfiqəsinə çevrilir. Göydə Allahdan, yerdə Dr. Səbinə Mirzəyevadan ümid kəsilməz!Qeyd edək ki, öz işini “Qadın yaratmaq gücünə sahibdir” düşüncəsi ilə yerinə yetirən Dr. Səbinə Mirzəyeva riskli hamiləliklər sahəsində aktuallığı ilə seçilir. Belə ki, 2012-ci ildə Almaniyanın Hamburq şəhərində yerləşən Eppendorf Universitetinin mama-ginekologiya kafedrasında “YÜKSƏK RİSKLİ HAMİLƏLİK VƏ DOĞUŞ” üzrə təhsil proqramına yiyələnməklə Dr. Səbinə Mirzəyeva riskli cərrahi əməliyyatlar və doğuşlar zamanı uğurlu nəticələr göstərməyə davam edir.BAKU.WS
Oxşar xəbərlər
Millət vəkili Qənirə Paşayeva: "Banklara yalvarırıq ki..." (VİDEO)
Millət vəkili Qənirə Paşayeva MM-in plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləş...