Millət vəkili Qənirə Paşayeva: "Banklara yalvarırıq ki..." (VİDEO)

Millət vəkili Qənirə Paşayeva: Banklara yalvarırıq ki... (VİDEO)
Video
Sosial 11107
Millət vəkili Qənirə Paşayeva MM-in plenar iclasında 2018-ci ilin büdcə zərfinin müzakirəsi zamanı banklara borclu olan vətəndaşların devalvasiyadan sonra üzləşdiyi problemlərdən danışıb və onlara borcun qaytarılması üçün vaxt verilməsini xahiş edib. BAKU.WS-in məlumatına görə, millət vəkili bildirib ki, devalvasiya vətəndaşlarımıza ciddi ziyan vurub. "Devalvasiya vətəndaşlarımıza da ciddi ziyan vurdu. Dollarla kredit götürən bir çox sadə vətəndaşların kreditlərinin qatyatarılmasında ciddi problemlər yaranıb. Vaxtında kreditlərini qaytara bilməyən vətəndaşların girov olaraq evlərini qoyduqları üçün banklar borcun qaytarılması üçün məhkəmə yolu ilə evlərin satılması məsələsini irəli sürür . Artıq neçənci dəfədir ki banklara zəng edib seçicilərimizlə bağlı az qala yalvarırq ki nə olar vətəndaşa verilən vaxtı uzadın, yavaş-yavaş ödəsin, çünki evləri satılarsa, bütün bir ailə çöldə qalacaq. Belə halların artması cəmiyyətdə sosial gərginliyi də artıra bilər. Qazaxıstan devalvasiyadan sonra belə bir addım atdı ki, dövlət banklara, banklar da vətəndaşlara borcun ödənilməsi üçün zaman verdi. Hökumətimizdən xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşsın. Mərkəzi Bankın sədri Elman Rüstəmovla bu məsələ ilə bağlı danışdlm. Bilmək istərdim ki, bizdə də Qazaxıstan kimi bu təcrübədən istifadə edə bilərikmi. Bu məsələnin çoxlu sayda ailəni narahat etydiyini nəzərə alaraq hesab edirəm ki, bu istiqamətdə vətəndaşlarımıza bu problemlərin həllində dəstək olmalıyıq. Dollarla kredit götürən sadə vətəndaşlar onların qaytarılmasında ciddi problemlə üzləşiblər və hesab edirəm ki, hökumət onlara dəstək istiqamətində müvafiq addımlar atmalıdır və müvafiq qurumları buna çağırıram". İmanBAKU.WS

Son xəbərlər