Orxan Fikrətoğlu bu kanalda aparıcılıq edəcək

Orxan Fikrətoğlu bu kanalda aparıcılıq edəcək
Şou-biznes 4942
İctimai Televiziya və Radio Yayımları Şirkəti yeni mövsümdən etibarən daha bir sevilən sima ilə tamaşaçı görüşünə gəlir.Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən BAKU.WS-ə verilən məlumata görə, məşhur publisist, teleaparıcı Orxan Fikrətoğlu “Halbuki” adlı yeni telelayihədə günün əsas xəbərini şərh edəcək. Bir sıra uğurlu layihələrin müəllifi olan Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunu tamaşaçıları artıq İctimai Televiziya və Radio Yayımları Şirkətinin efirindən izləyə biləcəklər. Xüsusilə dövlətçiliyin təməl prinsiplərinin qorunmasına xidmət edəcək “Halbuki” prioritet əhəmiyyət kəsb edən mövzuları İctimai Televiziya efirinə daşıyaraq auditoriyanın maarifləndirilməsinə çalışacaq. Televiziyanın İnformasiya Departamentinin nəzdində yer alacaq veriliş 17 sentyabrdan etibarən həftə içi hər gün saat 20:50-də efirə çıxacaq.Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

Aparıcı Könül Arifqızına İTV-də vəzifə verildi - RƏSMİ

Aparıcı Könül Arifqızına İTV-də vəzifə verildi - RƏSMİ

4-sentyabr 2018-ci il tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib.Qurumun İctimaiyyətlə Əlaqələr Departa...

5295 Şou-biznes 09:58 07 sentyabr 2018

Son xəbərlər