Aparıcı Könül Arifqızına İTV-də vəzifə verildi - RƏSMİ

Aparıcı Könül Arifqızına İTV-də vəzifə verildi - RƏSMİ
Şou-biznes 5330
4-sentyabr 2018-ci il tarixində İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının növbəti iclası keçirilib.Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Yayım Şurasının iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş Direktoru Balakişi Qasımovun təqdimatına əsasən yeni vəzifələr üzrə kadr təyinatı və struktur dəyişikliyi müzakirə olunub. Yayım Şurasının qərarı ilə Həmidov Rəhim Bağır oğlu Baş Direktorun müavini, Osmanova Günel Aslan qızı “Kadrlar və Xüsusi İşlər” departamentinin direktoru, Şükürova Könül Arif qızı “Səhər proqramları” departamentinin direktoru, Tsurkov Maksim Sergeyeviç “Beynəlxalq əlaqələr” departamentinin direktoru, Seyidov Mehmandar Ənvər oğlu Hüquq departamentinin direktoru, Məmmədov Məmmədəli Nazim oğlu Radionun proqram direktorluğu departamentinin direktoru, Hakimov Kənan Eldar oğlu “İdman” departamentinin direktoru, Cəfərli Minijə Cəmşid qızı isə Televiziyanın Proqram direktorluğu departamentinin direktoru vəzifələrinə təyin olunublar.Aparılan kadr və struktur dəyişikliyi İctimai Televiziya və Radio Yayımları Şirkətinin iş əmsalının yüksəldilməsinə xidmət edir. Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər

İTV-də yüksək vəzifələrə kadr təyinatları olub - SİYAHI

İTV-də yüksək vəzifələrə kadr təyinatları olub - SİYAHI

İctimai Televiziya və Radio Yayımları Şirkətində bir sıra vəzifələr üzrə kadr təyinatı rəsmiləşib.Qurumun İctimaiyyətlə Əlaqələr Departamentindən BAKU.WS-ə veri...

2373 Siyasət 17:57 06 sentyabr 2018

Son xəbərlər