"Onu basdırmışam" - Azər Vüsalədən yazdı (FOTO)

Onu basdırmışam - Azər Vüsalədən yazdı (FOTO)
Şou-biznes 2827
Aparıcı Azər Zahid "Instagram" hesabında etdiyi paylaşımda keçmiş həyat yoldaşı Vüsalə Əlizadə haqda şərh yazıb.BAKU.WS-in məlumatına görə, o, paylaşdığı fotoya görə əvvəl şərh bölməsini bağlasa da, sonradan açaraq bunları yazıb: "Blirsiniz kommenti niyə bağladım? Çünki bu şəkli bir test üçün qoydum. Düzdür, Türkiyədə seriala çəkildiyim zaman mənim həmkar qız tərəfdaşımdır, bu ayrıca. Bu şəkli qoydum ki, sizdən hər dəfə nəsə paylaşanda münasibətinizi bilmək üçün deyirəm, zəhmət olmasa, şərh yazın, hansı ki, reklamlardan başqa heç kim nəsə yazmır. Amma bu şəkli qoyan kimi o saat Vüsalə belə getdi, Vüsalə elə gəldi. Ay insanlar, anlayın ki, o insanın öz həyatı, mənim öz həyatım. Bizi bir-birimizə salam-sağ ol etməyə məcbur edən övladımızdır. O ki qaldı keçmişə, onu basdırmışam, mənə təzə həyat maraqlıdır. Qısqandırırsan, nə bilim, acıq verirsən, mənə maraqlı deyil o və ya qeyrisi. Mənə maraqlı olan mənə maraqlıdır, onu da bəzi düşüncəsizlərdən məsləhət almıram. Bir sözlə, elə etməyin ki, mən nəsə onun haqda yazım, sabah isə desin mənim adımdan reklam edirsən. Əl çəkin, mənə maraqlı deyil O və ya nə. Öpürəm. Vüsalə adını mənim səhifəmdə yazan izləyicini bloka atacam. Əl çəkin də, bala. Lazımdır sizə, onun səhifəsində yazın, mənim haqqımda da yazmayın".Qeyd edək ki, Azər və Vüsalə cütlüyü 2013-cü ildə ayrılıb. Cütlüyün Dilək adlı bir qız övladı var. BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ

Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ

Qarşıdan gələn Yeni il bayramı üçün azərbaycanlı müğənnilərin səhnədə çıxış qiymətləri bəlli olub. Şou-biznes nümayəndələrinin bəziləri paytaxtda, bəziləri isə...

713 Şou-biznes 16:53 25 noyabr 2024

Son xəbərlər