Ona arzularını yazan izləyicilərinə üsyan etdi: "34 ildir əziyyətlə çalışıram"
Yeniliklərdən dərhal xəbərdar olun
52 yaşlı aktrisa Pınar Altuğ sosial şəbəkələrdə ona gələn mesajlardan gileylənib.
BAKU.WS xəbər verir ki, insanlar onun mesaj bölümünə istəklərini yazır və bunları onun reallaşdırmasını gözləyir.
Aktrisa insanların ona bu cür yanaşmasını qınayıb və hər bir şəxsin öz zəhməti ilə ayaqları üzərində dayanmalı olduğunu vurğulayıb:
"İnstaqramdan elə mesajlar alıram ki, onlara bir məna verə bilmirəm. Biri yazır: "Məni evləndirərsən?", digəri: "Maşın alarsan?", başqası isə "Ev istəyirəm" və ya "500 000 lirə (19 500 AZN) verə bilərsən?" kimi mesajlar göndərir. Deyəsən, bəzi insanların ölkənin iqtisadi vəziyyətindən ümumiyyətlə xəbəri yoxdur. Halbuki mən 34 ildir ki, zəhmətlə, əziyyətlə çalışıram".
Oxşar xəbərlər
Həyat yoldaşlarının Cennifer Lopezə aldığı MİLYONLUQ ÜZÜKLƏR - SİYAHI
Məşhur müğənni Cennifer Lopezə indiyə qədər taxılan bahalı nişan üzüklərinin qiymətləri açıqlanıb. BAKU.WS xəbər verir ki, onun Ocani Noyla evliliyi zamanı tax...