“Oğluma dedim ki, o müğənnilər atanı məhv edəcək” – Xalq artisti (VİDEO)

“Oğluma dedim ki, o müğənnilər atanı məhv edəcək” – Xalq artisti (VİDEO)
Video
Şou-biznes 1880

 

"ARB Ulduz”da yayımlanan "Şou-məkan” proqramının növbəti qonağı xalq artisti Səməd Səmədov olub.

Maraqlı açıqlamaları ilə diqqət çəkən xalq artisti belə görünür ki, artıq sənət meydanını birdəfəlik gənc müğənnilərə təhvil verib: "Hər şey artıq 30 ildir ki, nəzarət altındadır. Ayrı cür ola da bilməz. Sadəcə toylar azalıb. Bunu tək mən demirəm, hamı şikayət edir".

Səməd Səmədov burdakı toy məclislərində əvvəlki kimi iştirak edə bilməsə də, Rusiyada onu yenə də məclislərin kralı olaraq təmtəraqlı toylarda görmək istəyənlər az deyil: "Mən getdim oğlumun yanına. Nəvələri yığdım başıma. Moskvada idim. Hamı bildi ki, mən Moskvadayam. Doğum günü, kiçik toylara dəvət edirdilər”.

Yeni mahnılar üzərində işlərini davam etdirən sənətçi ötən illərdə işıq üzü görən mahnılarından bərk-bərk yapışıb onları öz arxivinə göndərmək istəmir.

"2015-2016-cı illərdə çıxan "mənə belə gözəlsən”, "öz sevdiyimlə evlənirəm mən” mahnıları hələ də dəbdədir, gündəmdədir. Məni məclislərə yarım saatlıq dəvət edirlər. Şou proqramlara da gedirəm. Bu mahnıları oxuyan kimi millət qalxır ayağa. Başa düşürəm ki, hələ də bu mahnılar gündəmdədir”.

Xalq artistinin bu etirafları isə yenə də müzakirə mövzusu olacaq və uzun müddət danışılacaq: "10 il bundan qabaq oğlumun qarşısına 4-5 disk qoydum. Elton, Elnur, Zamiq, Ayaz. Dedim, "bunlar sənin atanı da, kralı da məhv edəcəklər”. Elə də oldu. Onlar gələndə özümü narahat hiss etdim. Çox güclü və istedadlı idilər”.

Sənətçi yatsa, yuxusuna belə girməzdi ki, Əli Mirəliyevlə aralarında baş verən qalmaqal onu daha da məşhurlaşdıracaq.

"30 il fəaliyyət göstərmişəm, məni əgər 50 faiz adam tanıyırdısa, Əli Mirəliyevlə qalmaqaldan sonra hansı rayona gedirəm, maşından düşürəm, hansıa dükana girirəm, hamı başıma yığılır. Əli Mirəliyev məni bütün Azərbaycanda populyar etdi”.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər