Səməd Səmədov da pulsuzluqdan şikayətləndi: "Toylardan mənə pul qalmır"
"İnsanların 90 faizi kredit ödəyir. Ona görə də müğənniləri toylara çağırmırlar. Məcbur olub, toya ucuz qiymətə gedirəm”.
BAKU.WS xəbər verir ki, bu sözləri xalq artisti, Səməd Səmədov "Hər şey daxil” verilişində söyləyib:
"Toy olmayan kimi bütün restoran işçiləri mənə zəng edir ki, sizdə vəziyyət necədir? İnsanların 90 faizi kredit ödəyir. Ona görə də müğənniləri toylara çağırmırlar. Mən toya baha getmirəm. Millətin vəziyyətinə baxıb, ona uyğun addım atıram. Toy sahibinə 4 min manat deyirəm. Deyirlər ki, 2, yaxud 3 min maata imkanım var. Mən də razılaşıram. Evdə oturmaqla nə olacaq? Mənə pul qalmasa da, işçilər evinə çörək apara bilir”.
S.Səmədov daha sonra prodüseri Rövşən Cəfərovla işbirliyindən danışıb:
"Artıq 30 ilə yaxındır ki, bu sənətdəyəm. Prodüser Rövşənlə 5 ilə yaxındır ki, işləyirəm. Onun ayağı mənə düşərli oldu. Birgə çalışdığımız vaxt mən xalq artisti fəxri adına layiq görüldüm. Onun sayəsində repertuarım dəyişdi, daha da müasirləşdi. Əvvəllər daha çox toy mahnıları oxuyurdum. Amma Rövşənlə işləyəndən daha səviyyəli mahnılar oxumağa başlamışam. Minnətdaram ki, hər zaman yanımdadı. İşbirliyindən savayı, onunla ailəvi dostuq”.
BAKU.WS
Oxşar xəbərlər
Zabit Səmədov Qarabağda vuruşmaq üçün Bakıya gəldi – FOTO
Dünya şöhrətli boksçumuz Zabit Səmədov Qarabağda döyüşmək üçün Azərbaycana qayıdıb. BAKU.WS xəbər verir ki, bu barədə boksçu Facebook səhifəsində yazıb. "Cəbhə...