Səməd Səmədov "Məni toya boş yerə çağırmırlar"

Səməd Səmədov Məni toya boş yerə çağırmırlar
Şou-biznes 1207

 

Xalq artisti Səməd Səmədov "Hər şey daxil" verilişinin qonağı olub. 

BAKU.WS-in məlumatına görə, bu haqda xalq artisti "Toylar kralı" titulundan danışıb:

"Bu titulu əbəs yerə daşımıram. İllərdir məni toya boş yerə dəvət etmirlər. Mən olan toyda hər kəs rəqs edir. Çünki daxil olduğum restoranda hamını coşdururam. Deyirlər ki, "Toylar kralı”yam. Daxil olduğum toyda insanların musiqi zövqlərini tez duyduğuma görə, bu titulu mənə veriblər".

Qeyd edək ki, S.Səmədov illər öncə açıqlamasında bildirmişdi ki, "Toylar kralı” titulunu ona mərhum sənətkar Mirzə Babayev verib: ""Toylar kralı"nı mənə Mirzə bəy verib. Bunun da tacını başıma xalq artisti Mirzə Babayev qoyub".

BAKU.WS

Son xəbərlər