Ölüm anında Cavidan Abdullayevin yanında olmuş məşhur xanım: “O qədər gözəl yatmışdın ki..." - FOTO

2019-cu ilin dekabrın 31-i Ukraynanın paytaxtı Kiyevdə vəfat edən azərbaycanlı gənc Cavidan Abdullayev dəfn edilib. Axşam.az-ın məlumatına görə, aktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytenantı Murad Abdullayevin qardaşı olan Cavidanın yanında aparıcı Seyran Əliyevanın da olduğu ortaya çıxıb.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib:
"Söz tapıb yaza bilmirəm. Son üç gündür yuxu yatmırıq. Sənə bu ölüm heç yaraşmır. Sən Allahın nə qədər sevimli bəndəsisən ki, ölümün belə gözəldir. O qədər gözəl yatmışdın ki, qıyıb səni oyada bilmədim. Həyatımda sənin qədər abırlı, tərbiyyəli, namuslu oğul hələ görməmişdim. İgid oğul, Allah sənə rəhmət etsin. Mələk qəlblimiz, ölüm haqqdır, amma sənə heç yaraşmadı”.



Oxşar xəbərlər
Pərvinin sevgilisi və ölən qardaşı Fərhad Abdullayevin qardaşı oğludur? - YENİLƏNİB
"Fərhad Abdullayevin ümumiyyətlə o adda qardaşı və qardaşı uşaqları yoxdur!" Bu sözləri Konstitusiya Məhkəməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tura...
