Oğlu ilə danışmayan Nura: "O qızın münasibəti..." (VİDEO)

Oğlu ilə danışmayan Nura: O qızın münasibəti... (VİDEO)
Video
Şou-biznes 1531
Müğənni Nura Suri "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub. BAKU.WS-in məlumatına görə, aparıcı Ruslan Ağayevin suallarını cavablandıran ifaçı maraqlı cavabları ilə diqqət çəkib. Nura Suri bildirib ki, oğlunun sevgili seçimindən razı deyil. Buna görə də övladı ilə danışmır. “Ürəyim istəyən gəlin olsa, qayınana olmağa hazır olardım. Hazırda oğlumla danışmıram. Çünki sevgilisi mənim seçimim deyil. Onun yerinə seçim edəsi deyiləm, sadəcə övladlarımdan xahiş etmişdim ki, özünüzə sevgili, həyat yoldaşı seçəndə, eləsini seçin ki, əməyim yerə dəyməsin. O qızın oğluma münasibətini qəbul edə bilmirəm. Mən oğluma qarşı başqa münasibət gözləyirdim” deyə, Nura bildirib. İfaçı boşanmağının səbəbini belə açıqlayıb:"Ailə təkcə sevgi üzərində qurulmamalıdır. Orada başqa amillərin də böyük rolu var. Bir də kişi qadına əl qaldırmamalıdır". BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Nura Suri bodidə poz verdi - VİDEO

Nura Suri bodidə poz verdi - VİDEO

Müğənni Nura Suri yeni fotosessiya üçün kamera qarşısına keçib. BAKU.WS-in məlumatına görə, sənətçi cəsarətli geyimi ilə diqqət çəkib. Belə ki, Nura yeni fotos...

3906 Şou-biznes 11:20 13 fevral 2019

Son xəbərlər