Rozadan OLAY YARADACAQ sözlər: "Burnu girməyən yerə başını soxur" (VİDEO)

11
fev
2019
12:28
Müğənni Roza Zərgərlinin "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasında verdiyi cavablardan biri sosial şəbəkələrdə müzakirəyə səbəb olub. BAKU.WS xəbər verir ki, aparıcının "Hansı müğənni burnu girməyən yerə başını soxur?" sualına ifaçı belə cavab verib: "Var biri. Qoy deməyim. Adı 6 hərflidir, "prosto" özünü 4 sayır". R. Zərgərlinin bu sözləri hansı müğənniyə ünvanlaması isə bir xeyli müzakirə doğurub. Sosial şəbəkə istifadəçilərinin bir qismi həmin sözləri Röyaləyə (Röya Ayxan), digər qismi isə Aynurəyə (Nura Suri) aid olduğunu bilidiriblər. Qeyd edək ki, sözügedən süjetdə Roza Zərgərli Sevil-Sevinc Səfərova bacılarının ünvanına dediyi sözlərlə aralarında olan qalmaqalı yenidən alovlandırıb. BAKU.WS

Oxşar xəbərlər
"Bacılara yemək yeməyi də mən öyrətmişəm" - qalmaqal alovlandı (VİDEO)
Müğənni Roza Zərgərli "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub. BAKU.WS xəbər verir ki, ifaçı verdiyi cavablarla gündəm yar...