Öldüyü xəbəri yayılan azərbaycanlı müğənni Bagira tanınmaz halda - FOTO
Bir zamanlar şou-biznesdə öz açıq-saçıqlığı və çılpaq şəkilləri ilə gündəmdə olan Bagira...
Şou aləminin seks-simvolu sayılan müğənni bir müddətdən sonra guya türkiyəli vətəndaşa ərə getdiyini və Türkiyəyə köçdüyünü deyirdi.
Şayiələr öz təsqini tapmamış sənətçinin uzun müddət QİÇS xəstəliyindən əziyyət çəkdiyini və buna görə də dünyasını dəyişdiyi xəbəri yayıldı.
BAKU.WS big.az-a istinadən bildirir ki, məhz bu xəbəri də prodüser Mikayıl Hüseynov sosial şəbəkədə təsdiqlədi:
"2011-ci ildə Bagiranın ölüm xəbəri yayılmışdı. Onunla işbirliyinə son qoyduğum üçün elə bilirdi ki, bu məlumatı qəsdən mən yazdırmışam. Türkiyədə olan yaxın dostum bugün mənə zəng etdi ki, Bagira, yəni Aynurə dünyasını dəyişib. Bir vaxtlar müğənni kimi çalışan xanım bu dəfə doğrudan da vəfat edib. Çox pis oldum. Allah rəhmət eləsin! Elə bir insanam ki, kimliyindən asılı olmayaraq, mənə yaxşılıq edən heç kimi unutmuram. Mənə bir az da olsun yaxşılıq edənin də hörmətini saxlayıram".
Çox keçmədi ki, bu xəbərin də yalan olduğu ortaya çıxdı.
Sağ və salamat olan Bagira ifaçılığın daşını atıb. Dodağı və burnunda bir neçə dəfə estetik əməliyyat keçirən xanım tanınmaz haldadır. Saçlarını sarı rəngə boyadan keçmiş ifaçı hətta səhnə adından da imtina edib. O indi əsl adı Sevda kimi sevdiyi şəxslə vətəndaş nikahındadır.
BAKU.WS
Oxşar xəbərlər
Kərimin anası həmin xəbərə görə ölüb - “Ağlayıb, halı pisləşib…”
Xəbər verdiyimiz kimi, bir müddət əvvəl beyninə qan sızan və reanimasiyasına yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin anası ölüb. "Qafqazinfo” xəbər verir...