Nurgül Yeşilçay şikayətləndi: "Niyə İstanbuldan qaçmalıyıq?"

Nurgül Yeşilçay şikayətləndi: Niyə İstanbuldan qaçmalıyıq?
Video
Şou-biznes 376

Aktrisa Nurgül Yeşilçay sosial şəbəkədə yeni video paylaşıb.

BAKU.WS xəbər verir ki, o instaqramda yayımladığı görüntülərdə İstanbuldakı yaşayışla bağlı narazlıqlarını dilə gətirib.

Aktrisa vurğulayıb ki, 3 səbəbə görə insanlar İstanbuldan qaçır.

Bunlar şəhərdəki ağır tıxac, restoranlarda və küçələrdə yerli əhaliyə və turistlərə təqdim olunan dadsız yeməklər və şəhər əhalisinin çox gərgin olmasıdır:

"İstanbuldan niyə qaçmalıyıq? Bunu sizə üç maddə ilə izah edəcəm. Birinci maddə: tıxacdır. Artıq şəhərdə hər dəqiqə tıxac var. Evdən avtomobillə çıxanda düşünürəm ki, onu harada park edəcəyəm. Əgər taksi ilə getsən, onsuz da taksi tapmaq olmur. "Avtobusla gedim" desən, onlar da çox vaxt dolu olur.

İkinci maddə: hamı çox gərgindir. Həqiqətən çox gərginlik var. Elə bil hamımızın bir az torpağa basdırmağa ehtiyacı var. Bilmirəm, sanki bizə elektrik verirlər? Hamımız çox gərginləşmişik. "Nə var, nə yox?" deyirsən, "Sənə nə?" deyir. "Necəsən?" deyirsən, "Niyə soruşursan?" deyirlər. Hər an hamı bir-biri ilə dalaşacaqmış kimi bir vəziyyət yaranıb.

Üçüncü maddə: hər şey çox dadsızdır. Ən lüks restorana da gedirsən, yenə də yeməklər dadsızdır. Küçədə nəsə yeyirsən, o da dadsızdır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər

Saleh Bağırovdan Mətanət İsgəndərlinin keçmiş gəlininə sərt sözlər

Aparıcı Saleh Bağırov Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Cananaya yazdığı sərt sözlərlə gündəmə gəlib.  BAKU.WS "axşam.az"a istinadən xəbər veri...

83 Şou-biznes 14:22 31 may 2026

Son xəbərlər