İnsanın nə qədər tez öləcəyi gözlərindən aydın olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
"British Journal of Ophthalmology" jurnalında dərc edilən araşdırmada elm adamları ürək probleminin ilkin əlamətlərini aşkarlaya bilən süni intellekt proqramı hazırlayıblar.
BAKU.WS “lent.az”a istinadən xəbər verir ki, sözügedən proqramın ürəyin sağlamlığı ilə bağlı əhəmiyyətli məlumatları ehtiva etdiyi gözün arxasındakı kiçik arteriya və venaların qalınlığını ölçməklə işlədiyi bildirilib.
Jurnalın yaydığı məlumata əsasən, 88 min britaniyalının iştirak etdiyi araşdırmada infarkt və insultların 54 faizinin, ürək xəstəliklərindən ölümlərin isə 58 faizinin proqnozlaşdırıla biləcək.
Qeyd edək ki, həkimlər bu testin müntəzəm göz müayinələri zamanı ürəyin sağlamlığını yoxlamaq üçün istifadə oluna biləcəyini deyiblər.
Oxşar xəbərlər
Azərbaycanlı alim: “Ölümün və xərçəngin qarşısını alacağıq”
Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə...