Növbə “çılğın” məmurlara çatdı - Prezidentin sərt mövqeyi ilə bağlı ATV-dən reportaj (VİDEO)

Növbə “çılğın” məmurlara çatdı - Prezidentin sərt mövqeyi ilə bağlı ATV-dən reportaj (VİDEO)
Video
Şou-biznes 835

Məmurların özbaşınalığı prezidentin diqqət mərkəzindədir. Prezident dəfələrlə çıxış etdiyi toplantılarda "məmurlar xalqın xidmətçisidi” deyərək öz sərt mövqeyini bildirib. Bilən düz yola gəldisə, bilməyən də özünün layiqli ünvanına çatdı. BAKU.WS ATV-yə istinadən həmin reportajı təqdim edir:

 

Neftin qiymətinin yüksələn xətt üzrə inkişafı, böyük məbləğdə valyuta axını və bütün bunların fonunda bəzi məmurların xalqdan uzaqlaşması, ciddi şəkildə təbəqələşməni şərtləndirmişdi. Hətta o səviyyədə ki, bütün hallarda üstdən aşağı baxan məmur balalarının özbaşınalığı ölkənin birinci şəxsinin müzakirə predmeti olmuşdu. Prezident dəfələrlə kəskin şəkildə bəyan etmişdi ki, xalqın xidmətçisi olan məmurların, məhz xalqı xidmətçi gözündə görən ailə üzvlərinin hərəkətləri bağışlanmayacaq. Bağışlanmadı da… Öz postunu övladına görə itirən məmurların cəzalandırılması, uzaq keçmiş deyil, hətta keçməyib… Cənablar, indi "get kimə deyirsən, de” ifadəsi aktual deyil və ya birbaşa məmurun əleyhinə işləyən çılğınlıqdır.  Avropa Oyunlarındakı prezident-xalq yaxınlaşması, hətta selfi çəkdirmək səviyyəsindəki bu yaxınlıq, sadə vətəndaşla birincinin arasındakı məsafənin nə qədər az olduğunu göstərdi. Vətəndaş bu yaxınlığın fonunda ən iri məmurlarla arasındakı böyük baryeri çılpaqlığı ilə gördü. Ən xırda işləri belə öz ətrafına həvalə edən böyük təsir rıçaqlarına malik məmurlar törəmə şirkətləri vasitəsi ilə büdcədən ayrılan pulları sağ əlindən sol əlinə ötürməklə, iş qabiliyyətinə malik orta təbəqəni tamami ilə neytrallaşdırdı. Nəticədə nə baş verdi? O baş verdi ki, savadı, iş qabiliyyəti bu prosesləri həyata keçirməyə imkan verməyən məmur qohumları indi onların potensial təhlükə mənbəyidir. Yəqin xəbəriniz var, Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində bəzi icra hakimiyyətlərində korrupsiya halları aşkarlanıb. Məlum olub ki, dövlət tərəfindən ayrılan vəsaitlər düzgün istifadə olunmayıb, büdcə vəsaitlərinin təyinatı dəyişdirilib, əməkhaqqının hesablanılması zamanı əlavə və artıq ödənişlərə yol verilib. Gözlənilir ki, prezident yaxın vaxtlarda əhalini daha çox narazı salan icra başçıları haqda ciddi cəza tədbirləri görəcək. Prezident çox ciddi şəkildə buna işarə etdi: Cənablar, itirilmiş ümid boşuna yaşanan ömür deməkdir. Sonda ölməli olan bu hissə heç kimin toxunmağa haqqı yoxdur. Əksinə, praqmatik baxış daha sağlam gələcək vəd edir. Qeyd edək ki, prezidentin çıxışında diqqəti cəlb edən məsələlərdən biri də onun ixtisarları dayandırmaq barədə çağrışı oldu.  Bu da təbii ki, oliqarx məmurlara işarə idi. Məsələ ondadır ki, neftin düşməsindən və 2-ci devalvasiyadan sonra müəyyən dərəcədə maliyyə problemləri ilə üzləşən şirkətlər ixtisarlara başlayıb. Özü də ixtisarların ən cox oliqarx məmurların və ya onlara yaxın şəxslərin şirkətlərində aparıldığı deyilir. Görünən mənzərə bilirsiz nədir? Çox ciddi islahatlar gedir, sanki hər şey yenidən qurulur... Ötən gün ciddi bir addım atıldı. Prezidentin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq, Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixindən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul etdi. Atılan addımların nəticəsizliyinə köklənən şəxslər bunun təsirini mütləq, həm də həmən görəcəklər. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər