Əli Əhmədov: "Qanunu pozan şəxslər barədə ciddi tədbirlər görüləcək"

Əli Əhmədov: Qanunu pozan şəxslər barədə ciddi tədbirlər görüləcək
Siyasət 1301

"Qanunu pozmuş, Prezidentin göstərdiyi etimadı yerinə yetirməmiş və bəlkə də o etimada müəyyən dərəcədə xəyanət etmiş insanlar varsa, onlar da ciddi şəkildə cəzalandılacaqlar”.

BAKU.WS-in Trend-ə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, nazirlərin işə təyin olunması və işdən azad edilməsi cənab Prezidentin Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərinə daxildir:

"Təbiidir ki, istənilən vaxt prezident nazirləri işdən azad edə və onların yerinə yeni nazirlər təyin edə bilər. Bizi bu və ya digər nazirliklərdə aşkar edilən ciddi pozuntular narahat edir. Bu barədə cənab prezidentin çox kəskin mövqeyi ortadadır”.

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev milli təhlükəsizlik nazirinin müavinini vəzifəsindən azad etdi

İlham Əliyev milli təhlükəsizlik nazirinin müavinini vəzifəsindən azad etdi

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik nazirinin müavini, general-leytenant Hilal Əsədov vəzifəsindən azad olunub. BAKU.WS xəbə...

2806 Siyasət 14:14 14 noyabr 2015

Son xəbərlər