Niyam Səidəni təriflədi: “Ağzımın suyu axdı” (VİDEO)
ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı olan müğənni Niyam Salami və Səidə Sultan maraqlı açıqlamalar verib.
İlk olaraq söhbətə başlayan Səidə Sultan bildirib ki, yemək bişirməyi çox sevir:
"Yemək bişirməkdən ötrü ölürəm. Allah qismət eləsin öz yerimi açım orada daha çox yemək bişirim. Şəkərbura, qoğal da bişirməyi sevirəm. Amma tam gözəl bacarmıram. Naxış vurmağı bilmirəm".
Niyam Salami isə qeyd edib ki, naxış vurmağı gözəl bacarır: "Şəkəburaya naxış vurmağı gözəl bilirəm. Mən rəsm işləri ilə məşğul olmuşam deyə bu cəhətdən yaxşıyam. Səidə qəşəng yemək bişirir. Mən xəstə olanda mənə umac eləmişdi. Çox gözəl kotlet bişirmişdi. Ağzımın suyu axdı lap".
BAKU.WS
Oxşar xəbərlər
Səidə Sultan efirdə ağladı (VİDEO)
Bu gün ARB telekanalında yayımlanan "Gəlin danışaq” verlişinin qonağı müğənni Səidə Sultan olub. BAKU.WS-in məlumatına görə, müğənni ailəsindən danışaraq son...