Niyam Səlami sumqayıtlılar haqda dediyi fikirlərə aydınlıq gətirib

Niyam Səlami sumqayıtlılar haqda dediyi fikirlərə aydınlıq gətirib
Şou-biznes 1573

Müğənni Niyam Salami sumqayıtlıları təhqir etməsi ilə bağlı dediyi fikirlərə aydınlıq gətirib.

BAKU.WS AzNews.az-a istinadən xəbər verir ki, o, bu təhqirləri ümumi sumqayıtlılar haqqında deməmişəm: "Demişəm ki, Sumqayıtın əksər camaatı işsiz-peşəsiz, avara insanlardır ki, onun da biri gəlib mənim bəxtimə çıxıb. Evimdə rəssam kimi işləyib və oğurluq edib. Mən ümumi sumqayıtlıları daşlamamışam ki.”

Niyam Səlami hər yerin yaxşısı və pisi olduğunu vurğulayıb: "Sumqayıtlılar erməni deyil ki, azərbaycanlıdır. Sumqayıtın əksər cavan uşaqları, hardasa 25 yaşından yuxarı olanlar boş-bekar insanlardır. Deməmişəm ki, bütün Sumqayıt oğrudur.”

Müğənni Niyam Lent.az-a verdiyi müsahibəsində sumqayıtlıları təhqir edib: "Sözü hər zaman açıq deyirəm. Sumqayıt şəhərindən xoşum gəlir. Amma Sumqayıtın sakinlərinin yarıdan çoxu "nəxənəy" (hər şeyi müftə əldə etməyə çalışan, fürsətçil şəxslərə deyilir) adamlardı. Bunu hamı bilsin. Elə evimi soyan adam da sumqayıtlı idi.”

Arzu Mirzəyeva 

BAKU.WS

Son xəbərlər