Baloğlan Əşrəfov: “Arvadım mənə qadağa qoyub”
Heç kimə sirr deyil ki, Azərbaycanda kişilərin mətbəxə girməsi əksər hallarda birmənalı qarşılanmır. Hətta bir çox kişilər belə demək mümkünsə, bunu özünə eyib bir iş hesab edir.
Əməkdar artist Baloğlan Əşrəfov BAKU.WS-ə açıqlamasında mətbəxlə arasının yaxşı olmadığını deyib.
"Əlimdən yemək bişirmək gəlmir. Tələbəlik illərində və yaxud cavan vaxtlarımda yumurta və ya kartof qızartmışam. Söhbət çox-çox keçmiş illərdən gedir. Hətta həyat yoldaşım mənə mətbəxə girmək, nəsə bişirməyi qadağan edib. Amma bişirlən bütün yeməkləri yeməyi bacarıram, kaprizim yoxdur. Mən ümumiyyətlə yeməkləri çeşidləməyi sevmirəm. Hamısını yeyə bilirəm. Təsəvvür edin, qonaq getmişəm. Evin xanımı bişirdiyi xörəyi necə yeməyim? Yaxud da hansısa restorana getmişəm, ofisiant menyunu təqdim edir. Mən də başlayıram ki, əşi, yox, mən bu yeməkləri yeyə bilmirəm. Xeyr, elə deyil, Allah verəndən nə varsa, yeməyi bacarıram. Sevdiyim xörəklərdən plovu çox xoşlamışam. Amma indi müəyyən səbəblərdən yemirəm. İndi qara düyü ilə hazırlanan plovdan yeyirəm. Digər milli xörəklərimizi çox sevirəm. Düşbərəsindən tutmuş, xəngəlini, dovğa aşını çox sevirəm”, – deyə müğənni söyləyib.
Aytən.H
BAKU.WS
Oxşar xəbərlər
Elza: “Yazdıqlarımı Mayakovskinin şeirlərinə bənzədirlər”
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın həm də özünəməxsus tərzdə şeirlər yazdığı heç kimə sirr deyil. Müğənni BAKU.WS-ə açıqlamasında "Mənim şeirlə...