Nikolay Drozdov ağır xəstəliyə yoluxdu, boyu 10 santimetr qısaldı

SSRİ və Rusiyanın tanınmış televiziya aparıcısı Nikolay Drozdov səhhətindəki problemlər səbəbilə boyunun 10 santimetr qısaldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumatı "Mash" Telegram kanalı yayıb.
Bildirilib ki, Drozdovda 2020-ci ildə osteoporoz – sümük toxumasının zəifləməsi və kalsium çatışmazlığına səbəb olan xəstəlik diaqnozu qoyulub. Bu xəstəlik nəticəsində skelet zəifləyir, oynaqlarda ağrılar yaranır, onurğa əyilir, boy və çəki azalır.
Bundan əvvəl də aparıcının görmə qabiliyyətini itirməsinə səbəb ola biləcək xəstəlik aşkarlanmışdı. Həkimlər onda proqressiv qlaukoma tapıblar. Drozdov bundan 10 ildən çox əvvəl də katarakta səbəbilə əməliyyat olunmuşdu – həmin vaxt göz büllurcuqları çıxarılıb və yerinə implantlar yerləşdirilmişdi.
2023-cü ilin 29 yanvarında isə Drozdov küçədə yıxılaraq səkkiz qabırğasını sındırmış və çoxsaylı sınıqlarla xəstəxanaya yerləşdirilmişdi.
Oxşar xəbərlər
Zenfira İbrahimova ad günü üçün məşhur müğənnini Azərbaycana gətirtdi
Məşhur müğənni Zenfira İbrahimova özünə təmtəraqlı ad günü keçirib. BAKU.WS xəbər verir ki, paytaxtın dəbdəbəli məkanlrından birində baş tutan məclisdə sənətçi...
