Nigar Camalın görüntüləri ilə insanları pis yola sövq etdilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Son zamanlar qumar oyunlarının reklam çarxlarında məşhurların görüntülərindən istifadə edilməsinə və onların adından həvəsləndirici sözlərlə insanların qumar oyunlarına sövq edilməsinə tez-tez rast gəlirik.
BAKU.WS xəbər verir ki, bu dəfə isə saxta reklam çarxının qurbanı müğənni Nigar Camal olub. Onlar sənətçinin "İnstagram" hesabında paylaşdığı videodan reklam çarxı hazırlayıblar.
İfaçı baş verənlərdən xəbərsiz olduğunu bildirib və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib:
"Bir neçə gündür, sosial şəbəkələrdə mənim videomdan istifadə edərək qumar oyunu reklam olunur. Dələduzluqla məşğul olan bu "application" sahibləri insanları aldadaraq onların pullarını mənimsəyir. Hər kəsi diqqətli olmağa, belə oyunlara aldanmamağa çağırıram. Sözügedən reklamın mənimlə heç bir əlaqəsi yoxdur. İcazəsiz formada görüntülərimdən öz piarlarını aparmaq üçün istifadə ediblər. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Reklamı yerləşdirən şirkət cəzalandırılacaq".
Oxşar xəbərlər
Azərbaycanın boşanan məşhurları - SİYAHI
Tanınan simalar hər zaman şəxsi həyatları ilə maraq dairəsində olublar. BAKU.WS axşam.az-a istinadən boşanan məşhur şəxslərin siyahısını təqdim edir:Müğənni Lət...