Nazpəri gəlinindən danışdı
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Nazpəri Dostəliyeva gəlini Ülkərdən danışıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, gəlini ilə münasibətlərindən "Qonaqcanlı" verilişində söhbət açan sənətçi onu tərifləyib:
"Bir ana-bala kimi hər zaman sözsüz ki, münasibətimiz yaxşı olmalıdır. Əgər gəlin məni sevirsə, bu, qarşılıqlıdır. Sevgini görür və ona görə də məni sevir. Mənim ona sevgim az olsa, elə onun da az olacaq. Ülkəri Allah ailəsindən, övladlarından yarıtsın. Esmira xanıma da təşəkkür edirəm ki, gözəl gəlin, qız həyata gətirib. Maşallah, bacarığı, qabiliyyəti, hər şeyi yüksək səviyyədədir".
Qeyd edək ki, Ülkər Nazpərinin oğlu Əkbərin həyat yoldaşıdır. Onların iki övladı var.
Oxşar xəbərlər
17 yaşında ailəsinə qarşı aclıq aksiyası keçirib: "38 kiloqrama düşdüm"
Məşhur aktrisa Demet Evqar gənclik illəri ilə bağlı etiraf edib. BAKU.WS xəbər verir ki, aktrisa qatıldığı televiziya proqramında konservatoriyaya girə bilmək...