Nazpəri Dostəliyeva: "Televiziyalar onları yığışdırmalıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Nazpəri Dostəliyeva efirdə trend davası edən müğənnilərə görə televiziyaları günahlandırıb.
BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, bu barədə sənətçi "Tarixin bir günü" verilişində danışıb. O bildirib ki, proqramlara trend davası edən ifaçılar buraxılmamalıdır:
"Mən düşünürəm ki, bunun ilk səbəbkarı bizim televiziyalarımızdır. Mətbuat da onları işıqlandırmamalıdır. Onlar verməsə, artıq trend məsələsi yığışdırılacaq. Əgər onlar yığışdırılsa, sənət adamları da verilişlərə güvənlə gələcək. Biləcəklər ki, həmin proqramda trenddə meydan sürənlər deyil, sənətkarlar olacaq.
Sözsüz ki, ilk növbədə kanallardır. Televiziyalardan gözləyirik ki, trendbazları yığışdırsınlar. İnsanların xoşuna gəlməyən söz-söhbətləri verməsinlər. Mən başa düşürəm, televiziyanın da bəzi qanunları və şərtləri var".
Oxşar xəbərlər
17 yaşında ailəsinə qarşı aclıq aksiyası keçirib: "38 kiloqrama düşdüm"
Məşhur aktrisa Demet Evqar gənclik illəri ilə bağlı etiraf edib. BAKU.WS xəbər verir ki, aktrisa qatıldığı televiziya proqramında konservatoriyaya girə bilmək...