Nazpəri Dostəliyeva: "Qalmaqal Faiq Ağayevin toyunda başladı"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Nazpəri Dostəliyeva illər əvvəl mərhum həmkarı İlhamə Quliyeva ilə aralarında yaşanan qalmaqaldan danışıb.
BAKU.WS xəbər verir ki, bu barədə sənətçi "Zarafat bir yana" şousunda bildirib.
O qeyd edib ki, İlhamə Quliyeva ilə aralarında soyuqluq Xalq artisti Faiq Ağayevin toyunda başlayıb:
"Hər şey Faiq Ağayevin toyunda başladı. Toy Gülüstan sarayında idi, gec gəldim. Mikrofon İlhamə xanımın əlində idi. Bəy və gəlin oynayırdı, mən də oynamağa başladım. Faiq də mikrofonu alıb verdi mənə ki, toy bitir oxu. Mən oxudum və onun xoşuna gəlmədi. O vaxtdan baltalamağa başladı. Onu vəfat edəndən sonra bağışladım" - deyə o bildirib.
Ətraflı videoda:
Oxşar xəbərlər
17 yaşında ailəsinə qarşı aclıq aksiyası keçirib: "38 kiloqrama düşdüm"
Məşhur aktrisa Demet Evqar gənclik illəri ilə bağlı etiraf edib. BAKU.WS xəbər verir ki, aktrisa qatıldığı televiziya proqramında konservatoriyaya girə bilmək...