Naz 20 yanvar günü kef məclisində şou göstərəcək (VİDEO)

Naz 20 yanvar günü kef məclisində şou göstərəcək (VİDEO)
Video
Şou-biznes 19700
Türkiyənin Star televiziyasında yayımlanan "Zühal Topalla izdivaç" verilişində məşhurlaşan Naz Mila daha bir qalmaqallı addım atıb. BAKU.WS-in məlumatına görə, azərbaycanlı xanım bu dəfə 20 yanvar — Ümumxalq Hüzn Günündə İstanbulda kef məclisində iştirak edəcək. Naz bu barədə şəxsi Instagram hesabında paylaşım edib. Paylaşılan posterdə qeyd edilib ki, 20 yanvar günü saat 23:00-da keçiriləcək əyləncə gecəsində Naz canlı performans göstərəcək. Nazın Ümumxalq Hüzn Günündə kef məclisində iştirak etməsi sosial şəbəkədə kəskin qınağa səbəb olub. İzləyiciləri onu səhifəsində təhqir edib və xoşagəlməz sözlər yazıb. Nazim BAKU.WS

Son xəbərlər