Nail Naiboğlunun "STOP"u bağlandı - AÇIQLAMA

03
okt
2018
14:49
Rejissor Nail Naiboğlunun "STOP" layihəsi bağlanıb.
BAKU.WS-ə məsələ ilə bağlı açıqlama verən rejissor bunları deyib:
""STOP" ömrünü yaşadı. Ən məşhur simalar layihəmdə qonaq olub eksklüziv açıqlamalarını verdilər. Hər şeyi zamanında etmək lazımdır. "STOP"u bağlamaq zamanı idi və bağladım.
Əvəzində isə yeni layihə gəlir. "21" adlanan layihədə də qonaqlar məşhurlar olacaqlar. İlk qonağımız isə xalq artisti Faiq Ağayevdir. Veriliş MTV-də hər həftənin bazar günü saat 11:00-da yayımlanacaq".
Xatırladaq ki, "STOP" layihəsi ilk dəfə 2015-ci ildə "Youtube"da yayıma başlamışdı.
Hüseyn MəmmədsalahovBAKU.WS