Ruhi xəstəxanada yatdığı deyilən əməkdar artist: Bütün artistlər dəlidir - VİDEO

25
may
2018
22:10
Əməkdar artist Naibə Allahverdiyeva ruhi xəstəxanada müalicə olunması ilə bağlı yayılmış şayiələrə bir daha aydınlıq gətirib. BAKU.WS xəbər verir ki, aktrisa Nail Naiboğlunun "Stop" layihəsində bu barədə danışıb: "Artistlərin hamısı dəlidir də (gülür). Bəli, mən sənətin xəstəsiyəm. Ümumiyyətlə bütün dahi insanlar dəlidir. Amma onların dəliliyi insanlara gözəllik bəxş edir. Mənə gəlincə, heç bir ruhi xəstəxanada yatmamışam. Yəqin ki, yatsaydım onun sənədini də göstərərdilər. Təbii, olmadığı üçün göstərə bilmədilər. Onu yazan adamın özündə problem var. Ya da ki, nevroloji müalicə ilə psixiatrik müalicəni səhv salıb". Zülfiyyə QurbanovaBAKU.WS
Oxşar xəbərlər
Əməkdar artist: Heç vaxt qızımın tərəfini saxlamaram, heç zaman! - VİDEO
Aktrisa Naibə Allahverdiyeva çox yaxşı qayınana-kürəkən münasibətlərindən danışıb.BAKU.WS -in məlumatına görə, bir qız anası olan əməkdar artist qızının ailəsin...
