Nadir Qafarzadə Rəqsanəyə belə dəstək oldu - VİDEO

Nadir Qafarzadə Rəqsanəyə belə dəstək oldu - VİDEO
Video
Şou-biznes 235

Müğənni Nadir Qafarzadə sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, “Instagram” hesabında həmkarı Rəqsanə İsmayılova ilə yeni videosunu yayımlayıb. Görüntülərdə Rəqsanə Rusiya toylarına gedən müğənnilər haqqında dediyi qalmaqallı sözləri yenidən təkrar edərək, bu mövzunu bir daha gündəmə gətirib. Bu zaman Rəqsanəyə Nadir də dəstək olub:

“Nə demişəm, yaxşı eləmişəm, düz demişəm. Buradan çıxan kimi bir başa evə gedin. Özüdə həyat yoldaşınızın yanına... Başqa yerə yox... Bu arada “Evə get” adlı mahnı yazdırıram. Nadirlə duet oxuyacam”.

Xatırladaq ki, bir müddət əvvəl müğənni Rəqsanə İsmayılova Rusiya toylarına gedən bəzi müğənniləri təhqir edərək onların orada başqa işlə məşğul olduğunu bildirmişdi.

Sənət adamları bu mövzuya öz münasibətlərini bildirərək, ifaçının bu hərəkətini qınayıb və tənqid etmişdilər.

Son xəbərlər