Müşviq Şahverdiyev: "İlk konsertdən 150 dollar qazandım"

Müşviq Şahverdiyev: İlk konsertdən 150 dollar qazandım
Şou-biznes 11

"O qədər çətinliklər yaşamışam ki... Amma övladıma hər şey etməyin tərəfdarı deyiləm. Fərqli düşünürəm. İnsan özü çətinlik yaşayıb, hər şeyn qədrini bilir. İstəyir uşağı çətinlik görməsin, 30 minlik maşın alır ki, universitetə onunla getsin. Belə düşünmürəm. Uşaq bundan başqa nəticə alır. Bilmir ki, ata əziyyətlə böyüyüb. Başlayır dərsdən yayınmağa, gedir gəzir. Bir vaxt valideyn olmayanda da qalır ortalıqda".

BAKU.WS "Axşam.az"a istinadən xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev "Efirdən kənar" proqramında deyib. Aktyor valideynlərin uşaqlara rahat həyat vermsini tənqid edib:

"Belə uşaqlar çox idi. Əhatəmdə varlı uşaqlar olub ki, indi heç nəyə nail olmayıblar. Uşağa hər şeyi normada etməlidir. Uşaq hiss etməlidir ki, atam kimi əziyyət çəkməli, qurmalı, nəsə yaratmalıyam".

Müşviq qazandığı ilk puldan söz açıb:

"İlk konsertdən 150 dollar qazandım. İlk dəfədir belə pul görürdüm. Ağlıma gəldi ki, səhərə qədər yeyib içəcəyik, stolda hər şey olacaq. 100 dolları xırdaladım, cibimdə pul partlayırdı. Qışda pomidor nədir bilmirdik. Girdim marketə pomidor, xiyar, meyvə, hər şey aldım. Səhərə qədər yedik, içdik, anama pul göndərdim. Həmin masanın dadı hələ də ağzımdadır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Mirələm Mirələmova ağır itki üz verdi

Mirələm Mirələmova ağır itki üz verdi

Məşhur xanəndə Mirələm Mirələmova ağır itki üz verib.  BAKU.WS xəbər verir ki, onun atası Fərman Mirələmov vəfat edib. O 68 yaşında dünyasını dəyişib. Bu barədə...

462 Şou-biznes 17:49 05 iyun 2026

Son xəbərlər