Mustafa Sandalın iş adamı olan qayınatasının əmlakları müsadirə edildi
Müğənni Mustafa Sandalın qayınatası, iş adamı Cihan Sütşurupun sələm verdiyi iddiaları ilə bağlı başladılan istintaqda yeni qərarlar qəbul edilib.
BAKU.WS xəbər verir ki, işi araşdıran İstanbul Baş Prokurorluğu Sütşurupun bütün əmlakına müvəqqəti həbs qoyulması barədə qərar çıxarıb.
Qərara əsasən, onun adına olan daşınmaz əmlaklar müsadirə edilib, bank hesabları və müxtəlif investisiya alətləri üzrə əməliyyatlara məhdudiyyət tətbiq olunub.
İstintaq materiallarında diqqət çəkən digər məqam isə daha əvvəl ictimaiyyətə açıqlanan bildiriş prosesi ilə bağlıdır.
Məlumata əsasən, Sütşurupun qızı Simge Sütşurup haqqında məşhur kriptovalyuta platformalarından biri tərəfindən "terrorizmin maliyyələşdirilməsi və çirkli pulların yuyulmasının qarşısının alınması" çərçivəsində rəsmi qurumlara məlumat verilib.
Bildirilir ki, sözügedən hesab bildirişdən öncə dondurulub və araşdırma üçün Maliyyə Cinayətlərinin Araşdırılması Şurasına (MASAK) yönləndirilib.
Cihan Sütşurupun rəsmi gəlir səviyyəsinin aparılan maliyyə əməliyyatları ilə uyğunluq təşkil etmədiyi müəyyən edilib.
Hazırda istintaq tədbirləri davam edir.
Qalereya
Oxşar xəbərlər
Həyat yoldaşından boşanan Bengü: "Belə rahatam, niyə bir kişinin penjamasını ütüləyim?"
Ötən il həyat yoldaşı Selim Selimoğlundan boşanan müğənni Bengü açıqlaması ilə marağa səbəb olub. BAKU.WS xəbər verir ki, hazırda subay olan sənətçi yeni həyat...